Serdar Ortaç və Mehmet Ali Erbil hakim qarşısına çıxır: 3 il həbs cəzası...

İstanbulda qeyri-qanuni mərc oyunlarının təşviq edilməsi iddiası ilə bağlı dekabrın 24-də Serdar Ortaç, 30-da isə Mehmet Ali Ərbil hakim qarşısına çıxacaq. Ortaç və Ərbil üçün 3 ilə qədər həbs cəzası istənilib.

Sherg.az xəbər verir ki, Sərdar qeyri-qanuni mərc oyunları reklam etdiyi və insanları buna təşviq etdiyi iddiası ilə "idman yarışlarına əsaslanan sabit əmsallı və ya çoxlu mərc və ya şans oyunları oynamağa reklam etmək və başqa cür təşviq etmək" ittihamı ilə 1 ildən 3 ilə qədər həbs cəzasına məhkum edilib. 
Qanunsuz mərc oyununun cəzası nədir, cəriməsi nə qədərdir? Qeyri-qanuni mərc oyunlarına görə cəzalandırılanların aqibəti necə olacaq?