Yod çatışmazlığı qalxanabənzər vəzinin fəaliyyətinə təsir göstərərək bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Sherg.az xəbər verir ki, endokrinoloq Natalya Qorbunovanın sözlərinə görə, yod çatışmazlığından şübhələnməyə səbəb olan əlamətlər arasında xroniki yorğunluq, halsızlıq, yuxululuq, soyuğa həssaslıq, səbəbsiz çəki artımı, dərinin quruması, dırnaqların kövrəkləşməsi və saç tökülməsi yer alır.
Mütəxəssis yaddaşın zəifləməsi və qəbizliyin də müşahidə oluna biləcəyini bildirib. Uşaqlarda isə böyümənin ləngiməsi mümkün əlamətlərdəndir.
Həkim vurğulayıb ki, bu simptomlar yalnız yod çatışmazlığına xas deyil və təkbaşına diaqnoz qoymaq üçün kifayət etmir.