ABŞ-də “PepsiCo” konserninin zavodunda partlayış və yanğın baş verib

Amerika Birləşmiş Ştatlarının Ayova ştatının Cedar-Rapids şəhərində "PepsiCo" konserninin törəmə müəssisəsi olan "Quaker Oats Company" qida məhsulları zavodunda partlayış və yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə yerli yanğından mühafizə xidmətinin məlumatında bildirilib.

"Cedar-Rapids şəhər yanğından mühafizə xidmətinin əməkdaşları binada partlayış və sonrakı yanğın izləri aşkar ediblər. Bütün işçilər təxliyə olunub. Yanğının söndürülməsi işləri davam etdirilir", – deyə məlumatda qeyd olunur.

Hadisə yerindən çəkilmiş görüntülərdə bina üzərində kəskin qara tüstünün yüksəldiyi görünür. Hadisə nəticəsində xəsarət alanlar barədə verilməyib.