Tramp Maskla Ukrayna ilə bağlı danışığını təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maskla Ukrayna məsələlərini müzakirə etdiyini təsdiqləyib.

Sherg.az xəbər verir ki, Tramp Floridada jurnalistlərin sualını cavablandırarkən Maskla belə bir söhbətin baş tutduğunu bildirib, lakin müzakirənin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Bundan əvvəl Tramp Ukraynada “Starlink” və “Starshield” peyk sistemlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra Maskın yanlış heç nə etmədiyini söyləmişdi. Daha sonra Kiyevin hərbi peyk rabitəsinə çıxışı bərpa olunub.

Mask isə Ukrayna Silahlı Qüvvələrinin sistemdən istifadə şərtlərini pozduğunu və “Starlink”ə çıxışın məhdudlaşdırılması qərarının bununla bağlı olduğunu bildirmişdi.