Bədən yağını niyə sevməliyik? - Mütəxəssislər xəbərdarlıq edir

Arıqlamaq naminə bədəndəki yağları həddindən artıq azaltmaq hormonal pozuntulara, əzələ itkisinə, immunitetin zəifləməsinə və sümük sınıqları riskinin artmasına səbəb ola bilər.

Yağ toxuması yalnız enerji ehtiyatı deyil, həm də hormonların tənzimlənməsində və bədən temperaturunun qorunmasında mühüm rol oynayır. Onun çatışmazlığı kişilərdə testosteron səviyyəsinin azalmasına, qadınlarda isə menstruasiya dövrünün dayanmasına gətirib çıxara bilər.

Sherg.az xəbər verir ki, mütəxəssislər bədəndəki yağın miqdarından əlavə, onun harada toplandığının da əhəmiyyətini vurğulayırlar. Xüsusilə qarın boşluğunda, daxili orqanların ətrafında yığılan visseral yağ yüksək təzyiq, insulin müqaviməti və 2-ci tip diabet riskini artırır.

Buna görə də sağlamlığın qorunması üçün əsas məqsəd bütün yağları azaltmaq deyil, düzgün qidalanma və fiziki aktivlik vasitəsilə sağlam bədən balansını saxlamaqdır.