Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri və 28-ci parlament seçkiləri üçün xaricdə bir çox ölkədə başlayan səsvermə prosesi davam edir.
“Sherg.az” xarici mediaya istinadən xəbər veriri ki, Fransanın Strasburq şəhərində səs verən və prezident Rəcəb Tayyib Ərdoğanın məşhur “Dombra” adlı seçki mahnısını səsləndirən 19-20 yaşları olan 4 türk gəncin avtomobilinə çəkiclə hücum edilib.
Ətrafdakılar tərəfindən qeydə alınan görüntülərdə təcavüzkarın maşına doğru qaçaraq əlindəki çəkiclə dəfələrlə avtomobilə vurduğu müşahidə olunur.
Strasburq polisi hücumdan sonra 3 nəfəri saxlayıb.
Qeyd edək ki, Fransa xaricdə ən çox türk seçicisi olan ikinci ölkədir.
Mənbə: Hürriyət qazeti