Türkiyə Cümhuriyyəti başkan yardımçısı Cevdet Yılmaz Malatyada baş verən 5,3 bal gücündə zəlzələdən sonra " keçmiş olsun " mesajı paylaşıb.
Bu barədə " Sherg.az " Türkiyə mətbuatına istinadən xəbər verir.
Cevdet Yılmaz Malatyanın Yeşilyurt rayonunda baş verən 5,3 bal gücündə zəlzələdən sonra sosial media hesabında yazıb : “Malatyanın Yeşilyurt rayonunda baş verən zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırıram. Bütün qurumlarımız zəlzələnin hiss olunduğu ərazilərdə işlərini aravermədən , sürətlə davam etdirirlər."