Muğlanın Bodrum rayonunda 11 metr uzunluğundakı "Betty" adlı motorlu yaxta nasosun nasazlığı nəticəsində batıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, qısa müddətdə qayığa su dolub. Ərazidəki dəniz piyadaları qayığı xilas etmək üçün hərəkətə keçib. Dənizçilərin uzun səyləri nəticəsiz qalıb.
Su dolan qayıq qısa müddətdə batıb. Sahildə olan yerli və xarici turistlər, qayıqlarda olan vətəndaşlar hadisələri heyrətlə izləyiblər. Motorlu yaxtanın bərpası üçün işlərə başlanılıb.