Zamana qarşı yarış: Balıq tutarkən suya düşdü, 3 kilometr müşahidə olundu


Türkiyənin Düzce bölgəsində qruplar balıq tutarkən dərəyə düşən şəxsi xilas etmək üçün  zamanla yarışdı. Xilasedicilər  həmin şəxsi 3 kilometr izləyib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə Gümüşova rayonunun Çaybükü kəndində baş verib. Məlumata görə, Emirhan G. (35) Çaybükü körpüsündə balıq tutarkən müvazinətini itirərək Melen dərəsinə düşüb.

Ətrafdakıların xəbərindən sonra sağlamlıq, jandarma, xilasetmə qrupları bölgəyə sövq edildi. Çay boyu təqib edilən şəxs 3 kilometr təqibdən  sonra yanğınsöndürənlərin müdaxiləsi ilə çıxarılıb.

Adam  təcili tibbi yardım maşını ilə  xəstəxanaya aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.