"Seymən" itmiş babası "Kılıc"ın yerinə Ayasofyaya gətirilib

"Uzun tüklü pişiklərin əcdadı" sayılan Ankara pişik cinsi "Seymən" itmiş babası "Kılıc"ın yerinə Ayasofyaya gətirilib.

 Sherg.az türk mediasına istinadən xəbər verir ki, 2020-ci ildən Ayasofya məscidində yaşayan  Ankara pişiyi "Kılıç"ı indi nəvəsi Seymən əvəz edir.

Ankaradan quru yolu ilə uzun bir səfərdən sonra Seymən, Pursaklar Bələdiyyəsi Ankara Pişik Qoruma və Reanimasiya Mərkəzində baytar texniki işləyən lisenziyalı pişik yetişdirən Ayşegül Korkmazın nəzarəti altında İstanbula gəlib.

Ayşegül Seyməni üzərində ad yazısı olan yaxasını taxdıqdan sonra bir müddət Ayasofyanın ətrafına gəzdirib.

Səfərin onları bir az da yorduğunu deyən Ayşegül Korkmaz 2020-ci ildə dünyaya gələn Seyməni körpəlikdən böyütdüyünü bildirib:

 "Ondan ayrılmaq çox kədərlidir. Onun içində olduğu mühiti görmək istədim. Başqa mühitdə narahat olmasın deyə özüm gəlmək istədim".

Seymənin izlənilməsi üçün ona mikroçip taxıldığını qeyd edən Korkmaz, itkin babası "Kılıç"da da çip olduğunu, hər hansı bir səhiyyə müəssisəsinə müraciət edilsə pişiyin tapıla biləcəyini qeyd edib.

"Kılıç"ın çox gözəl, mavi-yaşıl gözlü və uzun saçlı pişik olduğunu qeyd edən Korkmaz bunları deyib: "Onun nəvəsi Seymən evimizin ən böyük pişiyidir. O, ən yüksək irqi standartları daşıyan pişikdir. Buradakı baxıcıları ilə əlaqə saxlayırıq. Hər hansı bir problem olanda dərhal hərəkətə keçirik".

Seymən daha sonra Beynəlxalq Genealogiya və Damazlıq sənədi və pasportu ilə Ayasofya Külliyesində Selman Sayqılıya təhvil verilib.

Selman, Ayasofyada başqa pişiklər də olduğuna işarə edərək, "Göz bəbəyimiz Ayasofyaya baxdığımız kimi baxacağıq" deyib.

Yuvasına buraxılan Seymənə məscidi ziyarət edən uşaqlar  böyük maraq göstəriblər.