Türkiyənin Muş bölgəsində sosial şəbəkədə gördüyü odekolon yandırma videosunu sınayan 11 yaşlı uşaq ağır yaralanıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Malazgirt qəsəbəsində yaşayan 11 yaşlı şagird Fatma K. sosial şəbəkədə gördüyü odekolon yandırma videosunu sınamaq istəyib.
Evdə heç kim olmadığı halda üzərinə odekolon tökən kiçik qız əlindəki alışqanı yandırıb.
Saçları və paltarları bir anda alovlanan Fatma K. hamama qaçaraq üzərinə su töküb. Özünü söndürməyi bacaran Fatma K. daha sonra ailəsi tərəfindən Malazgirt Dövlət Xəstəxanasına aparılıb.
Döş və boyun nahiyəsində 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri alan Fatma K. Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Şöbəsinə göndərilib.