Suya həsrət qalan Sabunçu sakinləri - PROBLEM

Sabunçu qəsəbəsi, şəhər şosesi küçəsi ( Cabbar Qaryağdıoğlu ) istiqamətində 15 günə yaxındır ki, suyun verilməsində problem yaranıb.

Bu barədə “Sherg.az”a qəsəbə sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, suyun verilməmə səbəbi məlum deyil: 

“Üç gündən bir səhər saat 10-a qədər suyu verirdilər. Lakin yayın bu cırhacırında susuz qalmışıq”.