Kayserinin Yahyalı rayonunda K.K. adlı gəncdən xəbər ala bilməyən ailəsi vəziyyəti səlahiyyətlilərə çatdırıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, axtarış qrupları dərhal hərəkətə keçib.
Daxil olan məlumata görə, rayon ərazisində yaşayan K.K. səhər saat 06:00 radələrində heç kimə xəbər vermədən evdən çıxıb.
K.K.-dan uzun müddət xəbər ala bilməyən ailəsi vəziyyəti qruplara çatdırıb.
İtkin gəncin tapılması üçün AFAD, ANDA Axtarış-Xilasetmə qrupları tərəfindən işə başladılıb.
5-i AFAD, 10-u ANDA, 6-sı digər axtarış-xilasetmə qruplarından olmaqla, ümumilikdə 21 nəfər axtarış-xilasetmə heyətinin iştirak etdiyi əməliyyat-axtarış tədbirləri zamanı K.K-nın gedə biləcəyi yerlər tək-tək axtarılıb.
Nəhayyət, axtarışlar səmərə verib, K.K.ağacın altında yatarkən tapılıb.