Tavanında "hörümçək adam" olan avtomobil saxlanıldı

Adanada "hörümçək adam" kostyumunda olan şəxsin hərəkətdə olduğu avtomobilin hərəkətinə qadağa qoyulub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Adananın mərkəzi Seyhan rayonunda tavanında "hörümçək adam" geyimli şəxsin hərəkət etdiyi yüngül ticari avtomobilin sürücüsünə cərimə kəsilib.

Adana yol polisi Abidinpaşa küçəsində 01 FK 088 dövlət nömrə nişanlı yüngül ticari avtomobilin damında hərəkət edən "hörümçək adam" kostyumlu bir şəxsin görüntülərinin ardından araşdırmaya  başlayıb.

Şəxsiyyəti müəyyən edilən sürücü 1300 lirə cərimələnib, nəqliyyat vasitəsinin hərəkəti qadağan edilib.