Türkiyənin Kilis bölgəsində qanlı hadisə yaşanıb. Cehiz alarkən ov tüfəngi ilə havaya atəş açaraq 7 aylıq körpənin ölümünə səbəb olduğu səbəbilə saxlanılan 16 yaşlı R.A. həbs olunub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, ötən şənbə Cahit Ulutaş küçəsində cehiz almaq üçün təşkil edilən şənlik zamanı ov tüfəngindən havaya atəş açılıb.
Tüfəngdən çıxan atəşlər ərazidə olan Zeliha Filik (31), yanında uşaq arabasında yatmış 7 aylıq Bayram Mert Filik, Xədicə Qeyyaz (11) və əmisi oğlu İkra Fatma Qeyyaza (5) dəyib.
Xəstəxanaya aparılan yaralılardan körpə Bayram Merti xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı aparılan istintaq zamanı tüfəngdən atəş açdığı iddia edilən Ahmet K. nəzarətə götürülüb.
Ahmet K. sorğusunda tüfəngi atan şəxsin o deyil, R.A olduğunu bildirib.
R.A. polis qrupları tərəfindən saxlanılıb. Uşaq Şöbə Müdirliyində ifadəsi alınan R.A. ittihamları rədd edib.
Polis bölməsində əməliyyat olunduqdan sonra ədliyyəyə sövq edilən şübhəlilərdən Ahmet K. məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, R.A. növbətçi hakim tərəfindən həbs edilib.
Hadisədə yaralanan körpənin anası Bayram Mert və iki əmisi oğlunun xəstəxanada müalicəsi davam edir.