Son dəqiqə: Hərbi helikopter İzmirə məcburi eniş edib

İzmir Çiğli 2-ci Əsas Jet Bazasından havaya qalxan hərbi helikopter Urla rayonunun Bademlər kəndindəki boş yerə məcburi eniş edib. 
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, eniş zamanı yan üstə əyilən helikopterdə olan 3 nəfərdən 1-nin yaralandığı bildirilib.

MSB-DƏN AÇIQLAMA
Milli Müdafiə Nazirliyinin təcili eniş edən helikopterlə bağlı verdiyi açıqlamada bildirilib ki, "2-ci Əsas Reaktiv Baza Komandanlığından (Çiğli/İzmir) havaya qalxan helikopterlərimizdən biri texniki nasazlıq səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb. Vertolyotumuz zədələnib. Hadisə nəticəsində bir əməkdaşımız yaralanıb. O, xəstəxanaya yerləşdirilib və müalicəsinə başlanılıb. Hadisə ilə bağlı araşdırma başlayıb".