BMT-də müzakirə: Qərbi azərbaycanlıların geri qayıtması…
15:21 11.03.2024
Gündəm
455
Qərbi Azərbaycan İcmasının üzvü, vətəndaş cəmiyyəti fəalı Pərvanə Vəliyeva 11 mart tarixində BMT-nin Cenevrə şəhərindəki bölməsində miqrasiya ilə bağlı keçirilən yüksək səviyyəli görüşdə (“Təhlükəsiz, nizamlı və müntəzəm miqrasiya üzrə Qlobal Sazişin ikinci regional icmalı”) Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı çıxış edib.
Qərbi Azərbaycan İcmasından Trend-ə bildiriblər ki, çıxışında qayıdış hüququnun beynəlxalq insan hüquqlarının ayrılmaz hissəsi olduğunu bildirən P. Vəliyeva hazırkı qlobal qaçqın böhranı müstəvisində bu hüququn ən optimal həll kimi daha da aktuallaşdığını vurğulayıb. İcmanın nümayəndəsi BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Gündəliyi çərçivəsində qayıdış hüququna diqqət yetirilməli olduğunu qeyd edib.
P. Vəliyeva Ermənistanın azərbaycanlılalara qarşı törətdiyi etnik təmizləmə, o cümlədən öz şəxsi nümunəsində ata-baba yurdu Vedibasardan 1988-ci ildə yüz minlərlə azərbaycanlı kimi zorla qovulması barədə məlumat verib və qaçqınlıq həyatının çətinliklərindən danışıb.
O, Qərbi Azərbaycan İcmasının qayıdış mövzusunda Ermənistanla dialoqa başlamağı təklif etdiyini, lakin hələ də Ermənistan hökumətinin bu çağırışı cavabsız qoyduğunu bildirib.
P. Vəliyeva Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasının qlobal köçkünlük probleminin həllinə və regionda davamlı sülhün bərqərar olmasına böyük töhfə verəcəyinə qeyd edib, beynəlxalq ictimaiyyətin bu prosesə dəstək verməsinə böyük ehtiyac duyulduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol