Mavi Balina kabusu geri döndü? -22 yaşlı gənc özünü öldürüb


İstanbulun Pendik səmtində 22 yaşlı gənc yaşadığı binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fatih Çakmak adlı gəncin mobil telefonuna Mavi Balina adlı oyunu quraşdırdığı öyrənilib.

Hadisə Pendik rayonu, Kavakpınar məhəlləsində, Yağdeller küçəsində baş verib.

Əldə edilən məlumata görə, 10 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yaşadığı öyrənilən Fatih Çakmak adlı gənc mənzilin 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.

Hadisənin şahidi olan şəxslərin vəziyyətini bildirməsi üzərinə hadisə yerinə araşdırma polisi və tibb qrupları sövq edilib.

Araşdırmadan sonra gəncin cansız bədəni Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.

İntihar edən şəxsin telefonuna “Mavi balina” adlı oyunun quraşdırıldığı və intihara məhz bu oyunun səbəb olduğu ehtimal edilir.

Çakmakın psixoloji müalicə üçün narkotik istifadə etdiyi də öyrənilib.

Bir çox ölkədə mövcud olduğu iddia edilən və "Mavi Balina" müsabiqəsi kimi də tanınan oyunun 50 hissədən ibarət olduğu bildirilir. İddiaya görə, oyunun son hissəsində oyunçunun intihar etməsi istənilir.

Oyun ilk dəfə 2013-cü ildə Vkontakte sosial şəbəkəsində "F57" adlı qrup vasitəsilə yayılmağa başlayıb. Oyunla əlaqəli ilk intihar hadisəsinin 2015-ci ildə baş verib.