Fəryadına məhəl qoymadı: Keçmiş arvadını yerlə sürüdü

Aksarayda bir kişi nəqliyyat vasitəsindən düşərək qaçmaq istəyən keçmiş arvadını parkda yaxalayıb. O, qadını sürüyərək zorla maşına mindirib. 

Sherg.az xəbər verir ki. hadisə axşam saatlarında baş verib. Məlumata görə, keçmiş həyat yoldaşı olduğu məlum olan D.E. (42) adlı qadınla görüşmək üçün Ö.F.B. (45) bir müddət danışdıqdan sonra qadın vasitədən düşmək istəyib. Keçmiş ər avtomobilin qapılarını qıfıllayaraq hərəkət edərək qadının düşməsinə mane olub.

Bir müddət sonra işıqforun qırmızı işığında dayanan avtomobildən çıxmağı bacaran qadın qaçmaq istəyərkən keçmiş əri tərəfindən yaxalanıb. Döyməyə çalışdığı qadını qollarından tutaraq dayandırmağa çalışan Ö.F.B, ağlayan və “Məni buraxın” deyə yalvaran qadını yenidən vasitəyə aparmağa məcbur etməyə çalışıb. Qadın müqavimət göstərdiyi üçün keçmiş ər paltarının açılmasına belə fikir verməyərək qadını küçənin arxasından zorla aparmağa çalışıb və 68 ES 022 dövlət nömrə nişanlı avtomobilə tərəf sürükləyib.

Baş verənlər vətəndaşın mobil telefonunun kamerasına əks olunarkən ətrafdakı vətəndaşlar dərhal 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.

Hadisə yerinə gələn İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi qrupları qısa müddətdə şəxsi tutub. Saxlanılan şəxs və mühafizə altında olan qadın dindirilmək üçün polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.