Ukrayna Prezidenti Volodimir Zelenskinin seçkilərin keçirilməsinə hazır olması ilə bağlı açıqlamaları NATO qoşunlarının ölkəyə yeridilməsinə hesablanıb.
Teleqraf xəbər verir ki, bu fikri norveçli professor Qlenn Dizen deyib.
Onun sözlərinə görə, Zelenskinin bu mövqeyi Avropa və ABŞ-ni seçkilərin keçirilməsi şərti ilə Ukraynaya cəlb etmək cəhdidir.
“Bu, avropalıları və amerikalıları seçkilərin keçirilməsi şərti ilə Ukraynaya cəlb etmək cəhdidir. NATO Ukraynaya daxil olduqdan sonra orada birdəfəlik qalacaq. Bu isə Rusiyaya hər hansı güzəştlərə getməmək üçün zəmanət olacaq”, – deyə Dizen bildirib.
Professor qeyd edib ki, Zelenski Rusiya ordusunun üstünlüyünü dərk edir. Bu səbəbdən Ukrayna liderinin atəşkəs çağırışı Kiyevin hərbi məğlubiyyətini təxirə salmaq üçün son cəhd ola bilər.