
Alim: Ensiklopediyanın hazırlanmasına ciddi kadrlar cəlb olunmalıdır
04:34 15.08.2024
Gündəm
536
Alim deputat Etibar Əliyevin gündəmə gətirdiyi məsələnin kifayət qədər aktual olduğunu deyib
Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev önəmli bir məsələni gündəmə gətirib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin 2004-cü il Sərəncamına əsasən, Azərbaycan Milli Ensiklopediyasının 25 cild nəşr olunması planlaşdırılıb və Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi yaradılıb. E.Əliyev 20 il vaxtın ötməsinə baxmayaraq, cəmi 8 cildin işıq üzü görməsinə etirazını bildirib. Parlament üzvü qeyd edib ki, Ensiklopediya xalqların simvoludur, biliklər xəzinəsidir, hər bir xalqın intellektual potensialının ölçüsüdür. Deputat nəşr olunmuş 8 cildi də qənaətbəxş hesab etməyib: "Uzun illər Ensiklopediya işi ilə məşğul olduğumdan çapı müstəqllik dövrümüzə təsadüf edən bu Ensiklopediyadakı materiallar məni qane etmir. Bu barədə bir neçə dəfə diskussiya aparılmasını təklif etmişəm. Lakin faydası olmayıb. 20 ildə cəmi 8 cildin çapdan çıxması xeyli suallar doğurur. İnsanların bu Ensiklopediyaya marağı böyükdür. Bu barədə suallar da verirlər". O əlavə edib ki, böyük kitab mağazalarında Milli Ensiklopediyamızın cildlərini toz basmış görəndə ürəyi ağrıyır.
AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə "Sherg.az"a açıqlamasında deputat Etibar Əliyevin gündəmə gətirdiyi məsələnin kifayət qədər aktual olduğunu deyib. Alimin sözlərinə görə, Ensiklopediyanın qənaətbəxş hazırlanmasında bu sahə üzrə mütəxəssislər, ciddi kadrlar lazımdır:

"Çox təəssüf ki, kadr ehtiyatı və potensialı bizdə aşağı səviyyədədir. Ensiklopediyanın növbəti cildlərinin nəşrini ləngidən məsələlərdən biri budur. Bu işə həqiqi mütəxəssisləri cəlb etmək lazımdır ki, Ensiklopediyanın hazırlanması sürətlənsin. Nəşr olunmuş cildlərdə səhvlər var. Mən də bunun şahidi olmuşam. Elə məlumatlara rast gəlirsən ki, çox bayağı, səthi yazılıb. Təbii ki, ətraflı işıqlandırılmış, maraqlı məlumatlarla, izahlarla verilmiş məsələlər də var. Ancaq ictimai müzakirələrin olması yaxşı olar. Söhbət elm aləmində elmi-ictimai müzakirələrdən gedir. Bəzən elmi ictimai müzakirə olmadan elə məsələlər işıqlandırılır ki, nəticədə tariximizə, mədəniyətimizə, milli-mənəvi dəyərlərimizə zidd məqamlar ortaya çıxır, yanlış nəticələrə gəlinir. Etibar müəllim iradlarında haqlıdır. Dəstəkləyirəm və düşünürəm ki, bu məsələ daim gündəmdə olmalıdır. Elmi araşdırmalarla məşğul olan ciddi mütəxəssislər bu işə cəlb edilməlidir".
R.Əlizadə yeni bir komissiyanın yaradılmasını da təklif edib:
"Komissiya araşdırma aparsın və müəyyənləşsin ki, mövcud 8 cilddə hansı xətalar var. Tarixi xəritələr doğru-düzgün verilməlidir. Hansısa erməni təbliğatına xidmət edən xəritələrdən istifadə etmək olmaz. Belə xəritələr sovet dövründə geniş yayılmışdı. Onlara istinad edilməsi yolverilməz haldır və saxtakarlıqdır".
Alim vurğulayıb ki, yeni Ensiklopediyada Zəngəzur və Qarabağ haqqında məlumatlar da doğru-düzgün əks olunmalıdır:
"Tarixi mənbələrə, qədim xəritələrə istinad edən məqalələrə üstünlük verilməlidir. Ənənəvi konsepsiya olmamalıdır. Baxırıq ki, Zəngəzur, Qarabağ haqqında təbliğat xarakterli məqalələr yoxdur. Ensiklopediya dünyanın hər yerində yayılan biliklər toplusudur və bunun özü bir təbliğatdır. Ensiklopediya hər bir dövlətin, xalqın elmi üzü, simasıdır. İstənilən şəxs bir dövlət, millət haqqında maraqlananda ilk olaraq Ensikpolediyaya nəzər yetirir. Ona görə də Zəngəzur və Qarabağın tarixi, etnoqrafiyası, arxeologiyası ilə bağlı məlumatlar ətraflı işıqlandırılmalıdır. Ensiklopediya təbliğat üçün ana kitablardan biri sayılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm