Ağdamda 34 yaşlı polis qəfil öldü

Ağdamda 34 yaşlı polis nəfəri vəfat edib.
Sherg.az APA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü, Ağdam rayon Polis Şöbəsinin polis nəfəri Tural Fazil oğlu Niftəliyev ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Tural Niftəliyevin xidmətdən kənar vaxtda yaşadığı evdə qəfil halı pisləşib. Onun yaşadığı ünvana təcili tibbi yardım briqadası gəlsə də, 34 yaşlı polis əməkdaşını xilas etmək mümkün olmayıb.