"Barselona" hakimlərlə bağlı UEFA-ya şikayət edib

"Barcelona" Futbol Klubu Cempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə oyunun hakimlərindən UEFA-ya şikayət göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniyalılar, xüsusilə, ikinci hissədə "Atletiko"nun müdafiəçisi Mark Pubilin əl ilə oyunu epizodunda penalti verilməməsindən narazıdırlar.

Klub hesab edir ki, bu qərar qaydalara zidd olub və oyunun gedişinə birbaşa təsir göstərib. Bu səbəbdən "Barselona" araşdırma başlanmasını, hakimlərin danışıqlarına çıxış verilməsini və zərurət yaranarsa, səhvin rəsmi şəkildə etiraf olunmasını tələb edib.

Qeyd edək ki, ilk oyunda "Atletiko Madrid" səfərdə 2:0 hesabı ilə qalib gəlib. Cavab görüşü aprelin 14-də Madriddə keçiriləcək.