ABŞ Prezidenti Donald Tramp İslamabadda keçiriləcək danışıqlar zamanı sülh razılaşmasının əldə olunacağına çox inandığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, "NBC News"a müsahibəsində bildirib.
Trampın sözlərinə görə, İran razılaşmalı olduğu hər şeyə razıdır: "İran rəsmiləri mətbuatdan kənarda daha ağıllı olurlar"
O həmçinin bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahu İran və ABŞ arasında qarşıdan gələn danışıqlardan əvvəl Livana hücumlarının miqyasını azaltmaq niyyətindədir.
Tramp Netanyahu ilə telefon danışığından sonra deyib: "Mən Netanyahu ilə danışdım və o, bunu gizli saxlamaq niyyətindədir. Sadəcə düşünürəm ki, bir az daha təmkinli olmalıyıq".