10 minlərlə insan öləcəkdi: Teylor Sviftin konserti buna görə təxirə salınıb

Dünya şöhrətli amerikalı müğənni Teylor Sviftin Vyana konsertləri terror təhlükəsi səbəbindən ləğv edilib. MKİ-nin verdiyi açıqlamaya görə, konsertlər ləğv olunmasaydı, minlərlə insan ölə bilərdi.

Hadisə ilə bağlı konsertlər ləğv edildikdən sonra 3 nəfər saxlanılıb.

Sherg.az xəbər verir ki,  Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen ləğv edilən konsertlər barədə danışıb.

"Onlar bu konsertdə on minlərlə insanı öldürməyi planlaşdırırdılar. Avstriyalılar şübhəliləri ələ keçirə bildilər, çünki agentliyimiz və kəşfiyyatdakı tərəfdaşlarımız onlara İŞİD-ə bağlı qrupun nə etməyi planlaşdırdığı barədə məlumat verdilər", - Koen deyib.

Ernst Happel stadionunda keçiriləcək konsertlərin hər birinə ən azı 65 min adamın gəlməsi, 15-20 min insanın isə stadiondan kənarda olması gözlənilirdi.

Vyana konsertləri ləğv edildikdən sonra Svift ilk dəfə açıqlama verib. Avropa turnesini başa vuran ulduz sosial media hesabından bu açıqlamanı verib:

"Londonda çıxış edəndə hisslərim o qədər aşağı idi. Vyanadakı şoularımız ləğv ediləndə məni sarsıtdı. Ləğvlərin səbəbi məni yeni bir qorxu hissi və bir çox insanın yaşadığı böyük günah hissi ilə doldurdu.”.

Svift "Amma mən eyni zamanda hakimiyyətə də minnətdaram, çünki onların sayəsində həyatlar qaralmadı. Bir araya gələn pərəstişkarlardan gördüyüm sevgi və birlik məni çox sevindirdi. Bütün enerjimi Londonda şoulara baxmağa gələn yarım milyona yaxın insanı qorumağa xərcləməyə qərar verdim”. 

Müğənni açıqlamasını belə tamamlayıb:

"Mən və komandam bu məqsədə çatmaq üçün hər gün stadion işçiləri və Britaniya rəsmiləri ilə əl-ələ verib çalışmışıq və bizim üçün etdikləri hər şeyə görə onlara təşəkkür etmək istəyirəm. Çox açıq olmaq istəyirəm: heç vaxt heç nə haqqında danışmayacağam. Şoularıma gələn pərəstişkarları incitmək istəyənləri qıcıqlandıra biləcəyini düşünürəm: "Belə vəziyyətlərdə 'susmaq' əslində bir məhdudiyyət deyil, doğru zamanda özünü ifadə etməyi gözləmək məsələsidir. Avropa turumuzu təhlükəsiz başa vurduq və buna nail olduğumuzu deyə bildiyim üçün çox şadam”.