Almaniyada Xatirəyə dərman satmadılar

Müğənni Xatirə İslam Almaniya səfəri zamanı başına gələnlərdən danışıb.

"Zaurla Günaydın" verilişində qonaq olan sənətçi konsert üçün getdiyi Almaniyada xəstələndiyini deyib. O bildirib ki, həmin vaxt aptekdə ona dərman satmayıblar:

"Aptekdə mənə dərman satmadılar. Başım ağrıyır, deyirlər get, müayinə ol, səbəbi öyrən sonra. Axı mən indi başımın ağrısını kəsməliyəm".