İzmirdə meşə yanğını başlayıb

İzmirin Kemalpaşa rayonu Yenikurudere çölündə meşədə saat 12:30 radələrində yanğın baş verib. 
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Meşə Region Müdirliyinə aid 4 təyyarə, 2 helikopter, 22 su maşını, 5 su təchizatı, 3 dozer və 4 yer qrupu bölgəyə göndərilib. Yanğına qarşı ilk müdaxilə 12 dəqiqə ərzində edilib. Yanğının başlama səbəbləri araşdırılarkən, sıldırım ərazidə alovlara havadan və qurudan müdaxilələr davam edir.