Noyabrın 23-də müxalifət TDU-da aksiya elan edib

Noyabrın 23-də Gürcüstanda saat 15:00-da müxalifət partiyaları TDU-nun birinci korpusu önündə etiraz aksiyası keçirəcəklər.

24News.ge xəbər verir ki, bu barədə “Birlik – Milli Hərəkat” məlumat yayıb.

Partiyalar ictimaiyyəti “saxtalaşdırılmış seçkilərə etiraz olaraq” mitinqə çağırış ediblər.

Xatırladaq ki, prezident, müxalifət partiyaları və bəzi vətəndaşlar 26 oktyabr parlament seçkilərinə etiraz edərək seçkilərin saxtalaşdırıldığını iddia edirlər.