ABŞ, Ukrayna, Avropa İttifaqı və NATO nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yeni təklifi müzakirə edəcəklər. Təklif münaqişənin bütün aspektlərini əhatə edir.
Sherg.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.
“Yeni, hərtərəfli təklif münaqişənin bütün aspektlərini əhatə edir”, – deyə Ağ Evdən bildirilib.
Qeyd olunub ki, təşəbbüsün məqsədi münaqişəyə son qoymaqdır.
Yeni təklif oktyabrın 9-da ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner tərəfindən Ukrayna, Avropa İttifaqı və NATO nümayəndələri ilə müzakirə olunacaq.