“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət

  • Hər iki ölkə yeni dünya nizamında ortaq tarixi yeni əməkdaşlıq imkanları yaradır

Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrin inkişaf etdirilməsi xarici siyasətinin mühüm və prioritet istiqamətlərindən birini təşkil edir. Tarixi-mədəni yaxınlıq, qarşılıqlı etimad və ortaq mənəvi dəyərlər Azərbaycanla region ölkələri arasında münasibətlərin möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan, Azərbaycan–Türkmənistan münasibətləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri son illərdə siyasi dialoq, iqtisadiyyat, enerji, nəqliyyat, humanitar və mədəni əməkdaşlıq sahələrində əldə olunan mühüm nəticələrlə daha da möhkəmlənib. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və müntəzəm təmaslar ikitərəfli əlaqələrin strateji xarakterini gücləndirməklə yanaşı, regional əməkdaşlığın inkişafına da mühüm töhfə verir. Xüsusilə Xəzər dənizi, nəqliyyat-tranzit imkanları, enerji resurslarının dünya bazarlarına çıxarılması, eləcə də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi Azərbaycan–Türkmənistan əməkdaşlığının perspektivli istiqamətlərini təşkil edir. 2021-ci ildə “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə olunan razılaşma və sonrakı dövrdə həyata keçirilən bir sıra layihələr iki ölkənin strateji tərəfdaşlığının praktik məzmununu daha da zənginləşdirib. 8-9 oktyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri isə iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davamlılığının növbəti göstəricisidir. Səfər çərçivəsində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü, MDB Dövlət Başçıları Şurasının iclası və Xəzər Ekoloji Sammitində iştirak, həmçinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə ikitərəfli görüş Azərbaycan–Türkmənistan münasibətlərinin gündəliyində duran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər və son dövrdə əldə edilmiş razılaşmalar Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu göstərir.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirb ki, Azərbaycan Türkmənistan arasındakı münasibətlər qədim tarixi əsalara dayanır:

“Türkmənlər də azərbaycanlılar kimi sadəcə türk deyil, həm də Oğuz boyuna mınsubdurlar. Üstəlik də bizim ortaq tariximiz var. Yəni tarixin istənilən mərhələsində türkmənlərlə birlikdə idik. Azərbaycan xalqının bəllu bir kəsimi indinin özündə də türkməmlərdir. Sadəcə olaraq indi hamımız azərbaycanlı adlanırıq. Ümumiyyətlə Türkmənistanda da əhalinin Azərbaycanla sıx əlaqələri olub. Yəni biz bir millət iki dövlətik”.

Analitik qeyd edib ki, Türkmənistan və Azərbaycan arasındakı enerji əməkdaşlığında kifayət qədər potensial var:

“Hər iki ölkə enerji resursları baxımından zəngin, dünyada sayılıb-seçiləndir. Həmçinin iki dövlətin də biri-birinin üzərindən keçməklə əks istiqamətdə öz enerji resurslarını satmaq üçün imkanlara malikdir. Özəlliklə də Türkmınistan Avropa bazarına çıxmaq üçün Azərbaycana ciddi ehtiyac duyur. Azərbaycan isə daim öz qapılarını qardaş Türkmənistana açıb. Yəni bizim aramızda anlaşılmazlıq üçün heç bir əsas yoxdur. Üstəlik də Qardaş Türkmənistan Avropaya, Qərbə açılmaq istədiyi andan Azərbaycan ona yaşıl işıq yandırıb. Yəni Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır. Xəzərin o tayında onlar, bu tayında bizik. Eyni zamanda prezidentlər arasındakı yüksək münasibətlər imkan verir ki, bütüm sahələrdə daha böyük addımlar ataq. Prezident İlham Əliyevin Türkmənistan səfərinin məqsədi Mərkəzi Asiya dövlətləri ilə 5+1 formatında və MDB çərcivəsind görüşdə iştırakdır. Biz MDB-nin üzvü olsaq da, Azərbaycan üçün Orta Asiya ölkələri ilə münasibətlər daha vacibdir. Bundan başqa qardaş Terkmənistana edilən hər bir səfər bizə əlavə töfhə deməkdir. Çünki orada bizi və dövlət başçımızı çox sevirlər”.