Nikol Paşinyan Türkiyəyə səfər edəcək

Ermənistan Baş nazir Nikol Paşinyan Türkiyəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə məlumat verib.

“COP31-də iştirak etmək üçün Antalyaya gedəcəyəm”, - Paşinyan bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək.