Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüquq sisteminin ciddi böhran yaşadığını və onun mexanizmlərinin təsir gücünü itirdiyini bildirib.
Sherg.az xəbər verir ki, Ərdoğan bu barədə oktyabrın 9-da keçirilən Beynəlxalq Ədalət Sammitində çıxışı zamanı danışıb.
“Beynəlxalq hüquq, demək olar ki, fəaliyyətini dayandırıb. Beynəlxalq sazişlər, demək olar ki, öz qüvvəsini itirib. Beynəlxalq məhkəmələrin qərarları da lazımi qaydada icra olunmur”, – deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğanın sözlərinə görə, beynəlxalq sistem, ilk növbədə, bütün dünyada bəşəriyyətin təhlükəsizliyini təmin etməlidir. Lakin mövcud strukturlar öz qayda və prinsiplərini unudublar. Nəticədə dünya münaqişələr və müxtəlif fəlakətlər şəklində dəhşətli hadisələrin şahidi olur.
Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidentinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət hazırlanması barədə göstəriş verib. Məlumata görə, İsrail hakimiyyətini Ərdoğanın Yaxın Şərqdəki münaqişədə İranı dəstəkləməsi narazı salır.