Naxçıvanda erkən nikaha cəhdin qarşısı alınıb
Naxçıvanda erkən nikaha cəhdin qarşısı alınıb
11:26 17.10.2024
Sosial
394
Naxçıvanda növbəti dəfə erkən nikaha cəhdin qarşısı alınıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, görülən tədbirlərə baxmayaraq, hələ də övladını erkən yaşda evləndirməyə çalışan bəzi valideynlərə rast gəlinir. Təkcə bu ilin 9 ayı ərzində 4-ü Şərur, 1-i Kəngərli və 1-i də Babək rayonunda olmaqla, ümumilikdə 6 erkən nikahın qarşısı alınıb. Sonuncu dəfə də Şərur rayonunda erkən nikaha cəhd edilib. Belə ki, Şərur rayon Yuxarı Aralıq kənd sakini 2 avqust 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan N.T-nin (ad və soyad şərtidir) 25 aprel 1996-cı il təvəllüdlü Şərur rayon İbadulla kənd sakini F.N. (ad və soyad şərtidir) ilə 11-13 oktyabr tarixlərində toy mərasimlərinin keçiriləcəyi məlumatı əldə edilib. Həmin məlumat əsasında 7 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. Aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən nikahın qarşısı alınıb.
Bildirilir ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq. Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə