Türk Dünyası Mətbuat Simpoziumu başa çatıb - FOTOLAR
Yusif Nəzərli
19:01 19.10.2024
Gündəm
612
İzmirin Ege Universitetində Azərbaycan Milli Mətbuatının banisi , Rusiya türkləri içərisində ilk anadilli jurnalistikanın əsaslarını yaradan Həsən bəy Zərdabinin xatirəsinə həsr olunan Türk Dünyası Mətbuatı simpoziumu işini bu gün yekunlaşdırıb.
Oktyabrın 15 - dən 19 -dək davam edən elmi toplantıya Türkiyə , Azərbaycan, Özbəkistan , Qazaxıstan, Qırğızıstan , Quzey Kıprıs və İran respublikasının müxtəlif ali məktəblərindən, elmi tədqiqat institutlarından 110 mətbuat tarixçisi, bilim insanı, ədəbiyyatşünas qatılıb.
Simpoziumun təşkilatçısı Dos.Dr. Yılmaz Özkaya simpoziumun açılışında Həsən bəy Zərdabini Türk Dünyasının ilk peşəkar mətbuat xadimi, böyük maarifçi, əvəzolunmaz müəllim, fikir, düşünçə insanı adlandırıb. Y.Özkaya bildirib ki, Ege universitetinin ədəbiyyat fakültəsinin Türk Dünyasının modernləşmə hərəkatı ilə bağlı təşkil etdiyi ikinçi böyük elmi toplantının Həsən bəy Zərdabinin xaturəsinə həsr olunmasının önəmi böyükdür.
" Əkinçi " qəzeti RusiyaTürklərinin milli oyanışında, öznüdərk prosesində , qəzetçilik işinin qurulmasında, abnadilii jurnalistikanın formalaşmasında böyük rolu var. Həsən bəy ərəb qrafikalı hürufatı İstanbuldan satın alaraq Bakıya gətirəib, milli qəzetin əsasını qoyub. Bir qədər sonra bu maarifçilik işini Baxçasarayda İsmayıl bəy Qaspralı davam etdirib
Türkiyənin tanınmış tarixçi alimləri, professor Yavuz Akpınar, professor Sema Barutcu, professor Hasan Krımlı, professor İbrahim Maraş Həsən bəy Zərdabi ilə başlanan və Krımda İsmayıl bəy Qaspralı ilə davam etdirilən türk mətbuatının keçdiyi müxtəlif mərhələlərdən, cədiçilik hərəkatından , Rusiya türklərinin modernləşməsində mətbuatın rolundan danışıb, mətbuatın indiki vəziyyəti təhlil olunub.
Sonra müxtəlif mövzular ətrafında alimlərin mühazirələri dinlənilib, müzakirələr aparılıb.
Azərbaycandan simpoziuma qatılan professor Qafar Caxmaqlı, Akif Aşırlı, Nazim Muradoğlu, Hacı Abdulla, Odər Əlizadə ,Təhminə Bədəlova, Hicran Əhmədova, Yeganə Babayeva və digər alimlər anadilli jurnalistikamızın təşəkkülü , mətbuat tariximizin örnək qəzet və dərgilərinin ideya- siyasi istiqamətləri , inkişaf və tənəzzül dövrləri, mətbuatın cəmiyyətin inkişafında medianın rolu barədə mühazirələr oxuyub, müzakirələrdə aktiv iştirak ediblər.
Oktyabrın 18- i və 19 - da elmi toplantı onlayın formatda davam etdirilib, simpoziumun işinə canlı qatıla bilməyən alimlərin məruzələri dinlənilib.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm