Alen Simonyan: Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitimdir
Alen Simonyan: Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitimdir
Yusif Nəzərli
20:07 19.10.2024
Gündəm
419
Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT-nin qətnamələrinə söykənirdi.
Sherg.az APA-ya istinadən xəbər verir ki, xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan "Azadlıq" Radiosunun Erməni Xidmətinə müsahibəsində deyib.
Spiker həmçinin Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq ictimaiyyətdən lazımi reaksiya almadığını da qeyd edib:
"Buna səbəb həm də bizim tərəfdən legitim hüquqların mövcud olmaması ilə əlaqədar idi. Azərbaycan Qarabağda əməliyyatları BMT-nin 4 qətnaməsinə istinad edərək həyata keçirmişdi".
A. Simonyan eyni zamanda həm Ermənistan, həm də Azərbaycana düşmən olan ölkələrin sülh danışıqlarının dalana dirənməsini istədiyini açıqlayıb:
"Biz Ermənistan və Azərbaycan arasında sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Hər iki ölkəyə düşmən mövqedə olan dövlətlər məhz bunu istəyirlər" - A. Simonyan belə deyib.
Sonda Erməni spiker tərəflər arasında sülh müqaviləsinin imzalanmasının "3+3" formatı çərçivəsində reallaşması təklifinə də toxunub:
"Hesab edirəm ki, biz bu variantı nəzərdən keçirəcəyik. Lakin başa düşmürəm ki, hazırda mövcud olan variantdan başqa üsul nəyə lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm