Gürcüstan Azərbaycanın yürütdüyü xarici siyasətdən nümunə götürməlidir - RƏY
11:57 24.10.2024
Siyasət
655
"Cənubi Qafqaz regionu son dövrlər böyük güclərin maraq dairəsindədir. Bu güclər region ölkələrinin daxili işlərinə müdaxilə edir, suverenliyinə, ərazi bütövlüyünə hörmət göstərmirlər".
Bu barədə "Sherg.az"a açıqlamasında Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin nümayəndəsi Urfan Sərkərov deyib.
U.Sərkərov bildirib ki, bir sıra Qərb dövlətləri "demokratiya", "insan haqqları" adı altında çıxış etmələrinə baxmayaraq, müstəqil ölkələrin seçimlərinə hörmət etmirlər:
"Bunu ikili siyasət, ikiüzlülük də adlandırmaq olar. Çünki başqa dövlətlərin xalqlarının seçimlərinə hörmətsiz yanaşırlar. Xalqın azad səsvermə yolu seçdikləri insanları, deputatları, hökuməti qəbul etmədiklərini müşahidə edirik. Bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda böyük platformalar, "NETFLİX" kimi kino platformaları eynicinsliyi təbliğ edirlər. Bu məsələ regionumuzda və dünyada böyük problemlərə səbəb olacaq. Gürcüstanda eynicinslər və QHT-lər haqqında qanun çox böyük reaksiyalara səbəb oldu. Gürcüstanın Qərb tərəfindən sanksiyalarla, təhdidlərlə üzləşməsinə yol açdı. Təbii ki, bu, çox yanlış yanaşmadır. Ölkələrin daxili işinə qarışmaq, suverenliyini təhdid etməkdir. Azərbaycan Prezidentinin uğurlu və uzaqgörən addımları sayəsində biz bu prosesləri, təhdidləri aşa bildik, müəyyən qanunlar qəbul edildi. Xarici ölkələrin və təşkilatların, SOROS kimi qurumların Azərbaycandakı bəzi QHT-ləri ölkədə qarışıqlıq yaratmaq məqsədi ilə maliyyələşdirməsi prosesi gedirdi. Həmin maliyyə mənbələrinin kəsilməsi Azərbaycanda milli-mənəvi dəyərlərə əsaslana bir ekosistem formalaşdırdı. Hazırda Gürcüstan da öz milli suverenliyini, daxili və xarici müstəqilliyini qorumaq üçün qanunlar qəbul edir, bir sıra zəruri addımlar atır. Biz də bu istiqamətdə daim gürcü xalqının yanında olmalıyıq və yanındayıq. Gürcüstan bizim strateji müttəfiqimizdir. Bölgədə yeganə problemli dövlət Ermənistandır. İrəvan hökuməti qərbyönümlü siyasət yeridir, daha doğrusu Qərbin oyunlarına alət olur".
QHT nümayəndəsi vurğulayıb ki, Gürcüstanda baş vermiş "narıncı inqilab"dan sonra ölkənin 20 faiz torpaqları itirildi:
"Hələ də ərazi bütövlüyünü bərpa edə bilmir, suverenliyini bərpa edə bilmir, ölkədə ciddi problemlər qalmaqdadır, vaxtı ilə narkotik satışı leqallaşdırılıb ki, bu da azyaşlıların, gənclərin həyatını məhv edib. Gürcü xalqı problemlərini həll etmək üçün "Gürcü Arzusu"suna səs verdi, hakimiyyətə gətirdi və zaman göstərdi ki, doğru seçim ediblər. Əlbəttə, biz Azərbaycan vətəndaşı olaraq hansısa ölkənin daxili işinə müdaxilə etmirik, sadəcə öz dəstəyimizi ifadə edirik. Böyük ehtimalla seçkidə yenə "Gürcü Arzusu" qalib olacaq. Nəticədə Gürcüstan hökumətinin müstəqil siyasəti davam edəcək. Əks halda Cənubi Qafqaz ölkələri də Suriya, İraq kimi dövlətlərin gününə düşə bilər. Böyük güclərin oyunlarına gələn ölkələr ərazi bütövlüklərini, müstəqilliklərini itirirlər. Ukrayna və Ermənistan nümunəsi ortadadır. Qərb bəzi ölkələrə müəyyən iqtisadi-hərbi yardımlar edir və bunun müqabilində həmin dövlətlərin öz milli dəyərlərindən, sərvətlərindən, insan kapitalından vaz keçməsini tələb edir".
U.Sərkərov əlavə edib ki, Azərbaycanın getdiyi nümunəvi yol bütün ölkələrə, xüsusən qonşu dövlətlərə də nümunə olmalıdır: "Ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatçılığı məhv etmişik, Xankəndidə universitet qurmuşuq. Halbuki, əvvəllər heç bunun xəyalını belə qura bilmirdik. Bütün sanksiya və təhdidləri qətiyyətlə dəf etmişik. O baxımdan müstəqil siyasətimiz, milli-mənəvi dəyərlərimizin üstün tutulduğu siyasi kursumuz gürcü xalqı üçün də örnək olmalıdır. Cənab Prezidentimizin bir sözü var, deyir ki, "sözümüz imzamızdır". İnsanlar siyasətdə etibarlı, sözünün kəsəri olan, dediyi sözün arxasında duran siyasətçiləri axtarırdılar. Dövlət başçısımız məhz bu cür şəxslərdəndir. Düzdür, buna görə hələ də təzyiqlərlə üzləşirik. Amma ən doğru yol budur. Gürcüstandakı mövcud hakimiyyətin də davamlı olması hər iki dövlət və xalq baxımından, regionun sabitliyi nöqteyi-nəzərdən olduqca zəruridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm