İçkili halda "102"yə 11 dəfə zəng etdi, həbs olundu

Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə bir gündə 11 dəfə zəng edən şəxs həbs edilib.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, aparılan araşdırma zamanı 1975-cı il tarixdə Laçın rayonunda doğulmuş D.M.-nin hadisəni içkili halda törətdiyi müəyyənləşdirilib.

Belə ki, Kürdəmir şəhəri, Yeni Qəsəbə ünvanında yaşayan D.M. spirtli içki qəbul edib və saat 13 radələrindən başlayaraq 11 dəfə DİN-in "102" xidmətinə zəng vurub. Daha sonra yaşadığı ünvanda həyətə çıxaraq söyüş söyməyə başlayıb.

Məhkəmənin qərarı ilə, D.M. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 gün müddətinə inzibati həbs edilib.