Biləsuvarda ağır qəza: Ölən və yaralananlar var

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində Biləsuvar şəhəri ərazisində T.Cəfərovun idarə etdiyi "MTZ 80" markalı traktorla S.Şahmuradovun idarə etdiyi VAZ-21074 markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin 2011-ci il təvəllüdlü Səbuhi Şahmuradov ölüb, nəqliyyat vasitəsindəki digər bir nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.