Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı A.Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.