Gəncə şəhərində ümumi sahəsi 1600 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 500 m² sahədə və çərisində olan avtomobil ehtiyat hissələri 300 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.