Naməlum şəxs Bolnisi bələdiyyəsinin Kazret qəsəbəsində ictimai məktəblərdən birinin informasiya meneceri Pikriya Epitaşviliyə hücum edib və onun üzünə ülgüclə xəsarət yetirib.
24News.ge yerli mətbuata istinadən xəbər verir ki, zərərçəkmişə Bolnisi xəstəxanasında ilkin tibbi yardım göstərilib.
Pikriya Epitaşvilinin dostu Nata Cnobiladzenin sözlərinə görə, hadisə Pikriyanın vətəndaş mövqeyi ilə bağlıdır:
"Pikriya davam edən etiraz aksiyalarında fəal iştirak edir, Kazretidən Tbilisiyə aksiyalara qatılmaq üçün gedir və bu barədə sosial şəbəkələrdə də açıq şəkildə paylaşımlar edir.
Arxadan ona qara paltarlı bir nəfər yaxınlaşıb, onu çevirib ülgücü üzünə çəkib və deyib: “Rədd ol Avropaya, sənin kimi agentlər...!" bu zaman Pikriya yıxılıb həmin şəxs isə qaçıb", - deyə onun dostu qeyd edib.