Atatürk abidəsinə dəmir dəyənəklə hücum: SAXLANILDI

İstanbulun Fatih rayonunda Atatürk abidəsinə şübhəli şəxs hücum edib. Abidənin üzərinə dəmirlə dırmaşaraq büstü sındırmaq istəyən şübhəli nəzarətə götürülüb.

Sherg.az türk mediasına istinadən xəbər xəbər verir ki, Sarayburnuda əlində dəmir alətlə abidənin üzərinə çıxan şəxs büstə hücum çəkməyə başlayıb.

Hadisəyə reaksiya verən ətrafdakı vətəndaşlar təcavüzkarı abidədən endirməyə çalışıblar.

Vəziyyəti öyrənən polis qrupları hadisə yerinə gələrək təcavüzkarı saxlayıb.

Hadisə bəzi vətəndaşlar tərəfindən mobil telefon kameraları vasitəsilə lentə alınıb.