Biləsuvarda qisas zəminində bıçaqlanma olub

Biləsuvarda qisas zəminində bıçaqlanma olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aranlı kəndində baş verib.

Kəndin sərnişindaşıma mikroaftobusunda Çinarlı kənd sakini 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.

Zərərçəkən Vadərin anasının sözlərinə görə, Orxan qardaşı ilə oğlunu izləyərək hadisəni törədib.

Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumdur. V.Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-ci ildə bacısının həyat yoldaşı 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, yanvarın 25-də saat 11 radələrində V.Həmidliyə xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.