Hindistanda mikroavtobusla yük maşını toqquşdu: ölənlər var

Hindistanın şimalında yerləşən Pəncab əyalətində mikroavtobusla yük maşını toqquşub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, qəza nəticəsində azı 9 nəfər ölüb, 15 nəfər isə ağır yaralanıb.

Məlumata görə, xilasetmə əməliyyatına beş təcili yardım maşını cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis qəza ilə bağlı cinayət işi açıb və araşdırmalara başlayıb.