Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunda, Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.
"Mercedec" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2004-cü il təvəllüdlü N.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Avtomobilə və elektrik təsərrüfatına ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.