Salyanda intihar hadisəsi olub.
Sherg.az Lent.az-a istinadən məlumat verir ki, hadisə Alçalı kəndində baş verib.
Kənd sakini 70 yaşlı Məmmədağa Gülağa oğlu Quliyev yaşadığı evin həyətyanı sahəsində özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.