Gəncədə biri az yaşlı olmaqla 4 nəfərin qidadan zəhərləndiyi ehtimal olunur

Gəncədə üç qadın və bir azyaşlı olan dörd nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

"Report"un Qərb bürosunun məlumatına görə, restoranların birində yedikləri qidadan (dönər olduğu ehtimal olunur) zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslərin 1990-cü il təvəllüdlü N.Cabbarova, 2007-cı il təvəllüdlü N.Quliyeva, 1988-cü il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.