Göygöldə mülk üstündə dava: Xəsarət alan var

Göygöldə mülk üstündə dava olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Mülk üstündə düşən mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə 1969-cu il təvəllüdlü Arzu Məmmədov döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
56 yaşlı şəxs xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlayıb.