
Ekspert: Ermənistan Azərbaycanın səbrini sınamamalıdır
10:18 29.05.2025
Aktual
700
"Mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir". Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Vurğulanıb ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır.
Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a söyləyib ki, Ermənistan tərəfindən əvvəllər də Azərbaycanla şərti dövlət sərhədində baş verən atəşkəs pozuntularında rəsmi Bakı günahlandırılıb:

“Daha sonra isə yayılan xəbərlər Ermənistan tərəfindən təkzib edilib. Təbii ki, hazırkı vəziyyətdə Ermənistanın şərti dövlət sərhədində Silahlı Qüvvələrinin tərkibinə daxil olmayan qeyri-rəsmi silahlı birləşmələr xidmət göstərir. Məsələn, Yerkrapa adlı terror təşkilatının yaşlı silahlı üzvləri də bu birləşmələrə daxildir. Onlar arasında intizam kifayət qədər zəifdir. Digər tərəfdən, Ermənistan ordusunda mənəvi-psixoloji vəziyyət də ürəkaçan deyil. Bu səbəbdən Ermənistan ordusu bilərəkdən yaxud bilməyərəkdən həmin ərazidə atəşkəsi pozaraq Azərbaycanı günahlandırmağa və beynəlxalq ictimaiyyətin diqqətini real vəziyyətdən yayındırmağa çalışa bilər”.
Ekspert qeyd edib ki, Ermənistan üçün ən doğru yol, üzərinə götürdüyü öhdəliklərə əməl etmək və Azərbaycanın təklif etdiyi sülh şərtlərindən faydalanmaqdır:
“İctimai rəyi çaşdırmağa yönəlmiş bu cür addımlarla Ermənistan heç vaxt uğur qazana bilməz. Əksinə, Ermənistanın delimitasiya prosesini ləngitməsi, konstitusiyasını hələ də dəyişməməsi və Zəngəzur dəhlizini açmaması Azərbaycanın səbr kasasını daşırır. Belə olan halda söhbət artıq atəşkəsin pozulmasından yox, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri məcburən yerinə yetirməyə vadar edilməsindən gedəcək. Ermənistan, Azərbaycanın səbrini daşırmamaq üçün ciddi şəkildə səy göstərməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə