
Zəngəzurda gizli ordu hazırlanır? -REAKSİYA
Yusif Nəzərli
05:55 19.06.2025
Cənubi Qafqaz
284
Əslində konsulluq pərdəsi altında hərbi mərkəz qurulur
Cənubi Qafqaz regionunda baş verən hadisələr, xüsusilə Zəngəzur bölgəsində diplomatik aktivliyin artması, bölgənin geosiyasi cəhətdən önəmli məkan halına gəldiyini göstərir. İranın ardından Fransa da Zəngəzurda konsulluq açdı və bunu rəsmi səviyyədə "diplomatik fəaliyyət" kimi təqdim etdi. Lakin bu addımların arxasında dayanan siyasi və strateji missiyalar barədə suallar artır. Rusiya paralel şəkildə bölgədəki mövqeyini qorumaq üçün konsulluq açmaq istəyini davam etdirir. Lakin bölgədə nə fransız, nə də iranlı vətəndaşların demək olar ki, olmaması, bu konsulluqların real funksiyasını şübhə altına alır.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, İrandan sonra Fransanın da Zəngəzurda konsulluq açması, Rusiyanın isə buna nail olmaq üçün israr etməsinin siyasi səbəbləri olsa da, konsulluqların praktiki müstəvidə hansı fəaliyyəti göstərdiyi əvvəldən şübhəli olub. Ekspertin sözlərinə görə, bölgədə İran və Fransa vətəndaşları yaşamır, yaxud sayları konsulluq xidməti açmağı zəruri edəcək qədər deyil:

"Ermənistan mediasında yayılan bir məlumat İranın Zəngəzurda – Qafandakı baş konsulluğunun gerçək fəaliyyətinə dair əvvəldən təxmin edilən şübhələri yenidən aktuallaşdırır. Erməni türkoloq Varujan Qeqamyan Ermənistanda baş verən proseslərlə bağlı geniş müsahibəsində Fransanın Zəngəzurda konsulluq açmasından da danışır, bu addımın bölgənin təhlükəsizliyində heç bir rol oynamadığından bəhs edir və əlavə edir: "İran konsulluğu tərəfindən isə real işlər görülür, hətta hərbi təlimlər təşkil edilir". Ermənistanın təhlükəsizliyinin Tehranla əməkdaşlıq çərçivəsində təmin edilməsinin tərəfdarlarından olan Qeqamyanın məqsədi konsulluğunun gerçək fəaliyyətini ifşa etmək yox, İranın əhəmiyyətini təbliğ etməkdir. Bu baxımdan, onun açıqladığı məlumatın iddia yox, fakt olması ehtimalı daha yüksəkdir".
Analitikə görə, Tehranın Ermənistanda Rusiyanın təhlükəsizlik rolunu üzərinə götürmək və Zəngəzurda hərbi baza qurmaq niyyəti 44 günlük müharibədən sonra aktuallaşıb:
"Lakin rəsmi İrəvanın Tehranla hərbi əməkdaşlığı həm Rusiya, həm də Qərb amilinə görə açıq müstəvidə həyata keçirməsinin çətinlikləri var. Mümkündür ki, İranın Zəngəzurda hərbi fəaliyyətlərinin koordinasiya mərkəzi olaraq fəaliyyət göstərən konsulluq bu əməkdaşlıqda çətir rolunu oynayır".
Oxşar xəbərlər
Kobaxidze Paşinyanla Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsini müzakirə edib
03:39 25.09.2026
Mher Qriqoryan: Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq
01:42 25.09.2026
Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir
20:35 24.09.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat